Ukrayna hökuməti gələn ilin dövlət büdcəsi layihəsini 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsirlə təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, gələn ilin büdcəsində 53,7 milyard dollar hərbi xərclər nəzərdə tutulub.

Bundan əlavə, gəlirlər 2 trilyon qrivna (48,35 milyard dollar), büdcə xərcləri 3,6 trilyon qrivna (87,03 milyard dollar) nəzərdə tutulur.

 

Gözəl Həşimova