Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu Murtuza Bülbül "Aviapaetner" şirkətini məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, onun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq. 

İş hakim Rəna Qafarovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi haqqında hər hansı məlumata rast gəlinmir. 

Murtuza Bülbüllə yanaşı, Məmmədov Sabir Saleyeviç də iddia qaldırıb. 

"Aviapartner" şirkəti 23 sentyabrı 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 32 425 manatdır. Şirkətin qanuni təmsilçisi Seyidov Seymur Siyavuş oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.