"Rusiya Yaxın Şərqdəki bütün müharibə edən tərəfləri təmkinli olmağa çağırır və mülki əhalinin ölümünə səbəb olan hərəkətləri pisləyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

O qeyd edib ki, Rusiya dinc əhalinin ölümünə səbəb olan hərəkətləri pisləyir:

"Vəziyyət ən qorxulu ssenari üzrə inkişaf edir. Rusiya bütün tərəfləri baş verənlər fonunda təmkinli olmağa çağırırıq. Əlbəttə, biz mülki əhalinin ölümünə səbəb olan istənilən hərəkəti pisləyirik".

 

Gözəl Həşimova