Avropa İttifaqı oktyabr ayında Brüsseldə keçiriləcək sammitində Rusiyaya ballistik raketlərin tədarükü iddiası ilə İranın fiziki şəxslərinə və qurumlarına qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edilib ki, ilk paket 10-a yaxın fiziki və hüquqi şəxsi, o cümlədən mühəndislik və mədənçıxarma şirkətlərini, aviasiya sənayesi müəssisələrini əhatə edəcək.

Aİ liderlərinin oktyabrın ortalarında ittifaqın sammitində tədbirləri təsdiqləyəcəyi gözlənilir.

Qeyd edilib ki, ABŞ da oktyabrın 1-də axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi raket hücumuna görə İrana qarşı məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

 

Gözəl Həşimova