ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın İsrailə qarşı atdığı ballistik raketlərə cavab vermək üçün İsraillə danışıqların davam etdiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında bildirib.

"ABŞ oktyabrın 1-də İranın raket hücumuna mümkün cavabla bağlı İsraillə çox yaxın əlaqədədir. Biz bu mövzuda İsraillə məsləhətləşmələrimizi davam etdirəcəyik.

ABŞ bölgədə münaqişələrin yayılmasını istəmir. Biz heç bir ölkə və ya qrupla, o cümlədən İranla münaqişə istəmirik", - deyə o qeyd edib.

 

Gözəl Həşimova