"Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qarşısını almaq olar".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden jurnalistlərlə söhbətində müvafiq bəyanatla çıxış edib.

 “Geniş miqyaslı müharibənin başlayacağına inanmıram. Düşünürəm ki, biz bundan qaça bilərik. Lakin buna nail olmaq üçün daha çox iş görülməlidir”, - deyə Bayden bildirib.

Amerika lideri ABŞ-nin İsrailə kömək üçün qoşun göndərib-göndərməyəcəyi ilə bağlı suala isə birbaşa cavab verməyib: “Biz artıq İsrailə kömək etmişik və onu qoruyacağıq”.

 

Gözəl Həşimova