"ABŞ hərbi-sənaye kompleksi hələ də tələb olunan istehsal tempinə çata bilməyib". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin satınalma və logistika üzrə müavini Bill Laplante bildirib.

"Hazırda biz təmin edə biləcəyimiz minimum istehsal səviyyəsindəyik və bəzi aspektlərdə ondan aşağı səviyyədəyik. Son il yarım ərzində biz Ukraynaya göndərilən xüsusi döyüş sursatları ilə bağlı bəzi məsələləri həll etmişik. Bununla belə, hələ də çox iş qalıb", - Laplante qeyd edib.