Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayında Xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov alayın komandir heyətinin iştirakı ilə müşavirə keçirib.

İqtisadiyyat.az xəbər verir ki, müşavirədə Mühafizə alayında nizam-intizamın və döyüş hazırlığının gücləndirilməsi, maddi texniki, qida, tibbi təminatın, əsgər yataqxanaları və məişət şəraitinin yaxşılaşdırılması, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılması məsələləri ətrafında müzakirələr aparılıb.

Alayın şəxsi heyətinin və həqiqi hərbi xidmət keçən əsgərlərin hazırlığının və onların təminatının nizamnamənin tələblərinə tam uyğun qaydada qurularaq riayət olunması vacibliyi vurğulanıb.