Şəki Penitensiar Müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə İqtisadiyyat.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Qeyd edilib ki, məhkum Nicat Ramiz oğlu Quliyevə vətəndaş Rəsul Tacəddin oğlu Hacı-Bilal-Əfəndiyev tərəfindən gətirilmiş sovqatda olan qızardılmış ətin içərisində xüsusi üsulla gizlədilmiş 4,69 qram marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.