Ermənistanın baş naziri Nikol Paşinyan üç prinsip səsləndirib ki, bunların olacağı təqdirdə İrəvan Bakı ilə sülh sazişi imzalayacaq.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı bildirib.

"Birincisi, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü bu şəkildə tanımalıdır: Ermənistanın ərazisi 29,8 min kv.km, Azərbaycan ərazisi isə 86,6 min kv.km olaraq qəbul edilməlidir. Alma-Ata Bəyannaməsi sərhədlərin delimitasiyası və sonra demarkasiyası üçün siyasi əsasa çevrilsin. Regionda kommunikasiyaların açılması ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericilik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında baş tutsun. Sülh müqaviləsinin imzalanması yaxın gələcəyin işidir", - deyə hökumət başçısı bildirib.