Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyəti müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, telefon danışığı zamanı Qarabağdakı vəziyyət və Azərbaycan qoşunlarının Qarabağ ətrafında cəmləşməsi də müzakirə olunub.

Paşinyan artıq üçüncü dəfədir ki, vəziyyəti deskalasiya etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bəyan edib.