Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdən yapışmadığını, lakin istefasının ölkədəki vəziyyəti daha da pisləşdirəcəyinə inandığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o, parlamentdə çıxışı zamanı müxalifətin ölkədə hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlarına münasibət bildirib.

"Əgər bilsəm ki, istefa verməyimlə bütün çətinliklər həll olunacaq, bunu növbəti saniyədə edəcəm. Sizdən fərqli olaraq, mən kresloya aludə deyiləm. Amma bütün təhlillərim göstərir ki, bunu etsəm, tam əksi olacaq", - deyə o, siyasi rəqiblərinə müraciət edib.