Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısını 233 min manat zərərlə başa vurub. 

“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,5% azdır. 

Yanvar-iyun aylarında Pakistan bankının gəlirləri 169 min manat (illik müqayisədə 9,1% az), xərcləri 404 min manat (5,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. 

Bu il iyulun 1-nə Pakistan bankının aktivləri 10,825 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2% çoxdur. Bunun 644 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 15,8% kiçilib. 

Hesabat dövründə Pakistan bankının öhdəlikləri 3,2 dəfə artaraq 1,313 milyon manata, o cümlədən depozit portfeli 3,3 dəfə artaraq 1,237 milyon manata çatıb, balans kapitalı isə 3,8% azalaraq 9,511 milyon manata düşüb. 

Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.