Bu gün səhər saatlarında Pakistan "Marg Bar Sarmachar" antiterror əməliyyatı keçirib və bu əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən terrorçuların sığınacaqlarına zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu səhər Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq hədəflənmiş bir sıra hərbi zərbələr endirib. Mövcud kəşfiyyat məlumatlarına əsasən həyata keçirilən Marg Bar Sarmachar kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”,- deyə nazirlik bildirib.

 

Əli Ağayev