Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

Səfir Azərbaycan xalqına firəvanlıq, davamlı tərəqqi və rifah arzulayıb:

"Bütün Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edirəm. Dost Azərbaycan xalqına firəvanlıq, davamlı tərəqqi və rifah arzulayıram".