Yanvarın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Zığ qəsəbəsi ərazisində nömrəsi silinmiş “AKM” markalı avtomat silah, 30 ədəd patron və 1 ədəd patron darağı tapılıb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdərə şəhəri ərazisində 1 ədəd “F-1” qumbarası, 919 ədəd avtomat patronu, 9 ədəd patron darağı və 1 ədəd süngü bıçaq tapılıb.