Fransız mütəfəkkiri Roye Montenyenin belə bir ifadəsi var “Ölümün bizi harada gözlədiyini bilmirik, ona görə də biz onu hər yerdə gözləyək”. Lakin sadəcə ölümü gözləmək yetərli deyil həm də ona qarşı qabaqlayıcı tədbirlər görmək lazımdır. Necə? Günümüzdə bütün dünyada olduğu kimi Azərbaycanda da ölüm hadisəsi ilə üzləşəcək zaman yaxınlarınıza maddi dəstək olacaq sığorta məhsulu var. Bu məhsulun adı Həyatın Yaşam Sığortasıdır. Bəs bu sığortanı üstün edən nədir? Fins.az bu suala cavab tapmaq üçün mütəxəssislərə müraciət edib.

Paşa Həyat Sığorta şirkətinin eksperti Rauf Vəliyev adı çəkilən bu məhsulun üstünlüklərindən danışarkən bunları qeyd edib.

Həyatın yaşam sığortasının üstünlüyü ondan ibarətdir ki, bu sığorta məhsulunda dövlətə ödənilən vergilər və sosial sığortaya ödənilən vergilər ki, var həmi ödənişlər köçürülür həyatın yaşam sığortasına və o ödənişləri də almaq üçün yaşlanmağı gözləmir təqaüddə olduğu kimi əksinə 3 ilin tamamında həmin pulu sığorta şirkətindən geri alır.

Üstünlüklərdən biri də ondan ibarətdir ki, işə gtötürən şirkət həyatın yaşam sığortası ilə işçiləri bir növ (ən azı) 3 illik özünə bağlamış olur. Sığortaçılar buna qızıl qandallar deyir. Bu işçi də maraq yaradır çünki maaşının bir hissəsinin bu sığorta məhsuluna köçürülməsi müddətin sonunda həmin işçinin böyük məbləğdə pul alması deməkdir.

Maliyyə bazarında bu sığorta məhsulun üstünlüyü ondan ibarətdir ki, burda əlavə olaraq həyat sığortası təminatı da var. İlk növbədə gəlir əldə edirlər bu məhsulda gəlir faizi bazarda olan digər maliyyə alətlərindən daha çox gəlir gətirir təxminən 50% qədər demək olar. Həmçinin həyatın sığortalamış olur insan. Burda həm yaşam təminatı var ( yəni 3 ilin sonun da həmin şəxs vəfat etsə də etməsə bu vəsait ona və yaxınlarına çatır) deyə şirkət rəsmisi bildirib.

Sığorta mütəxəssisi Ceyhun Əsgərov isə mövzu ilə bağlı fikir bildirərkən qeyd edib ki, xarici ölkələrdə ümumiyyətlə insanlar özlərini sığortasız təsəvvür etmirlər. Bura həyatın yığım sığortasından tutmuş daşınar və daşınmaz əmlak sığortasına qədər hamısı aiddir. Əcnəbi ölkələrdə insanlar gəlirlərinin 60-70% ni sığortaya köçürürlər. Onlar buna artıq xərc kimi deyil əksinə həyatlarını mühafizəsi kimi yanaşırlar.

Misal üçün Türkiyədə iki iş yeri təklif olunur birində 1000 manat əmək haqqı digərində isə əmək haqqı 500 manatdı amma şirkət işçisini tibbi sığorta ilə sığortalayır bu zaman insanlar ikinci daha az əmək haqqlı lakin sığorta təklif edən şirkəti seçirlər.

Xarici ölkələrdə insanlar pul toplamaq üçün də həyatın yığım sığortasına üstünlük verirlər. Xarici ölkələrdə həyatın yaşam sığortasını uzun müddətli edirlər ki, yaşlananda bütün xərclərini ödəyə bilsinlər.

Müəllif: Xeybər Heydərov

İqtisadiyyat.Az