Azərbaycanda ötən il mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 44,9 milyard manat olmaqla, 2022-ci illə müqayisədə 2,3 % azalıb.

İqtisadiyyat.az Azərbaycan Statistika Komitəsinə istinadən xəbər verir ki, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 30,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 36,4 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı 2022-ci illə müqayisədə 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 4,2% artıb.

 

Gözəl Həşimova