Sentyabrın 4-də Ağdaş şəhərində yerləşən telefon mağazasından və aptekdən ümumilikdə 1900 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.