Bu gün “Moderna” şirkətinin təqdim etdiyi koronavirusa qarşı peyvəndin sınaqlarında 94,5 faizlik səmərə göstərməsinə dair xəbərlər Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracın əvvəlində başlıca indekslərə müsbət təkan verib.

“Dow Jones” sənaye indeksi 1,23 faiz artaraq 29 843,06 bəndə, “S & P 500” indeksi 0,76 faiz artaraq 3 612,44 bəndə, “Nasdaq” elektron birja indeksi isə 0,06 faiz artaraq 11 836,66 bəndə çatıb.