“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nicat Şakirlinin atası həkim-nevropatoloq Nafiz Mütəllimov bildirib.

Əlavə edək ki, ötən gecə sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli idarəetməni itirərək "Porsche" markalı avtomobili yük maşınına çırpıb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım birqadası cəlb edilib. Qəza nəticəsində 1 nəfər ölüb, minik avtomobili yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan vətəndaş 29 yaşlı Şakirli Nicat sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, 23 yaşlı Rüstəmov Fəxri isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.​​​​​