Nigeriya dünəndən etibarən Nigerə elektrik enerjisi ixracını dayandırıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Nigerin elektrik şirkəti Nigelec rəsmisi açıqlama verib.

İyulun 27-də Nigerdə ​​baş verən hərbi çevrilişdən sonra qonşu dövlətlər sanksiyalar tətbiq etməyə başlayıb. Nigerin elektrik şirkətinin rəsmisi də verdiyi açıqlamada Nigeriyanın dünəndən etibarən Nigerə elektrik ixracatını dayandırdığını bildirib.

Məlumata görə, Niger elektrik enerjisinin 70 faizini Nigeriyanın Mainstream şirkətindən alır və elektrik enerjisi Nigeriyanın Kainji bəndindən istehsal olunur.