Nigerin Zamfara əyalətində silahlı dəstələrə qarşı keçirilən əməliyyatda 16 dəstə üzvü öldürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Niger Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet məlumat verib.

Onun sözlərinə görə, Zamfara əyalətinin Dankarami bölgəsində silahlı dəstə üzvlərinə qarşı hava əməliyyatı keçirilib. Əməliyyat nəticəsində 16 dəstə üzvü öldürülüb, bir qrup dəstə üzvləri isə yaralanıb.

Əlavə edək ki, Zamfara əyaləti artıq 5 ildən çoxdur ki, silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir.

 

Gözəl Həşimova