Çempionlar Liqasının ikinci turunda Slovakiya çempionu "Slovan Bratislava" üzərində 4:0 hesablı qələbə sayəsində İngiltərə çempionu "Mançester Siti" əsas avrokubok turnirində ardıcıl məğlubiyyətsiz oyunların sayına görə "Mançester Yunayted"in rekordunu təkrarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda Çempionlar Liqasında ardıcıl 25 oyundur (17 qələbə, 8 heç-heçə) uduzmur.

 “Mançester Siti” sonuncu dəfə 2021-2022 mövsümünün yarımfinal mərhələsinin cavab oyununda Çempionlar Liqasında “Real Madrid”ə uduzub.

"Mançester Yunayted" bu rekordu 2007-ci ildə qeydə alıb.