İyunun 21-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,33% artaraq 1 barelə görə 65,31 dollar təşkil edib.

İqtisadiyyat.Az-ın məlumatına görə, iyunun 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,91% artaraq 57,59 dollar təşkil edib.