Çinin iqtisadi artımının yavaşlaması neft qiymətlərini ucuzlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 51 sent və ya 0,6% ucuzlaşaraq 89,41 ABŞ dolları olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 58 sent və ya 0,7% azalaraq 86,29 ABŞ dollarına enib.

 

Gözəl Həşimova