"BMT-nin itkin düşən şəxslərlə bağlı atacağı addımlar bu prosesdə səmərəli irəliləyişin əldə edilməsi üçün vacibdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması"  mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev deyib.

Nazir müavininə görə, Azərbaycan tərəfi itkin düşən şəxslərlə bağlı məsələni kökündən həll etməyə çalışır:

"Azərbaycan 30 ildir itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı əziyyət çəkir. Ailələrinin və  qohumlarının itkin düşən şəxslərin taleyi barədə məlumat almaq hüququ var. Lakin Ermənistan tərəfi bu məsələdə əməkdaşlıqdan yayınır. İtkin düşən şəxslərin yerinin müəyyən edilməsi üçün bir neçə dəfə təşəbbüs göstərsək də, Ermənistan cavab verməyib".

Gülşən Şərif