Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsi ləğv edilib. 

İqtisadiyyat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Nazirin müaviq əmri ilə sözügedən idarənin yerinə Mətbuat Xidməti yaradılıb. 

Qeyd edək ki, bir müddət əvvəl Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova öz ərizəsi ilə vəzifəsindən azad edilib.