Bu ilin I yarısında Naxçıvan MR-da sahibkarlara 18,9 milyon manat kredit verilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon manat və yaxud 50,2% çoxdur.

Kreditin 11,3 milyon manatı yeni istehsal sahələrinin yaradılmasına və yaxud genişləndirilməsinə verilib ki, bu da illik müqayisədə 5,5 mlilyon manat və yaxud 96,6% çoxdur.

Bu müddət ərzində 7,5 milyon manat isə fərdi sahibkarlığın inkişafına sərf olunub ki, bu da ötən ilin yarımillik göstəriciləri ilə müqayisədə 736,8 min manat və yaxud 10,8% çoxdur.

Bu dövrdə muxtar respublikada 22 hüquqi və 1 223 fiziki şəxs qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslərin qeydiyyat sayında 2 vahid artım var. Fiziki şəxslərin qeydiyyat sayında isə 1 104 vahid və yaxud 47,4% azalma var. report