Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 100,4 mln manat məbləğində kreditlər verilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 1,6 dəfə çoxdur. 

Verilmiş kreditlərin 10,89 mln manat və yaxud 10,9%-i qısamüddətli, 89,1mln manatı və yaxud 89,1%-i uzunmüddətli kreditlər olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 65,2% və 54,9% çoxdur.report