“Naxçıvan Tikiş” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaqda 2022-2023-cü illərin hesabatı haqqında müzakirələr aparılacaq.

Bundan əlavə, maliyyə uçotunun təhlili, dividentin ödənilməsi və “Naxçıvan Tikiş”in MMC-yə çevrilməsi haqqında məsələ də yığıncağın gündəliyinə daxil edilib.

Qeyd edək ki, yığıncağın iyunun 28-də keçirilməsi nəzərdə tutulub.