Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da 1 574 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.

Son1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,1% artaraq 3 421manat olub.

Naxçıvanın ÜDM-nin tərkibində ilk yeri sənaye sahəsi tutub. Sənaye üzrə 648,7milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da illik müqayisədə 0,9% çoxdur.report