Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 mlrd 574 mln 282,9 min manatlıq ümumi daxili məhsul istehsal olunub.

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi xəbər verir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,6% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1% artaraq 3 420,9manat olub.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 648 mln 741,2min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur.report