Bu ilin yanvar-may aylarında Naxçıvan MR-da 1 007,286 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. 

Bu barədə yerli Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çoxdur. 

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,5% artaraq 2 190 manat təşkil edib.(Report)