Norveçin paytaxtı Osloda NATO Qərargah Rəislərinin toplantısı başlayıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

İclasda NATO-nun müdafiə gücünün artırılması və Ukraynaya dəstək ilə bağlı hazırlanan planlar dəyərləndiriləcək. Bu planlara komanda və idarəetmə strukturlarının uyğunlaşdırılması, maddi-texniki təminat, təchizat və təlim kimi məsələlər də daxildir.

Eyni zamanda, bildirilib ki, NATO ölkələrindəki əsgərlərin sayı 3,5 milyona yüksəldiləcək.

 

Gözəl Həşimova