"İtkin düşən şəxslərlə bağlı səmərəli şəkildə addımlar atılmalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransa videomüraciətlə qoşulan Bosniya və Herseqovinanın Nazirlər Şurasının sabiq sədri Zlatko Lagumdzija deyib.

O, Xocalı faciəsi barədə məlumatlı olduqlarını qeyd edib:

"Beynəlxalq ictimaiyyətin nümayəndələri itkin düşmüş şəxslərlə bağlı vahid mövqedən çıxış etməlidir. Faciənin harada və kimə qarşı baş verdiyinə fokuslanmamalıdır". 

Gülşən Şərif