Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Şabran-Güləmli avtomobil yolunda qeydə alınıb.

Belə ki, motosiklet sürücüsü, 1981-ci il təvəllüdlü Məmmədov Anar Əli oğlu hərəkətdə olarkən idarəetməni itirib, nəticədə sürücü yolun kənarındakı maneəyə çırpılıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə ilkin yardım olunduqdan sonra Bakıdakı xəstəxanaların birinə göndərilib. Həkimlərin səylərinə baxmayaraq A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.