"Hava Hücumundan Müdafiə sistemləri İstra şəhər dairəsində Moskvaya pilotsuz uçuş aparatının hücumunu dəf edib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin rəsmi "Telegram" kanalında bildirib.

O qeyd edib ki, hadisə nəticəsində dağıntı və tələfat yoxdur.

"Bu gecə hava hücumundan müdafiə qüvvələri İstrada Moskvaya pilotsuz uçuş aparatının hücumunu dəf edib. İlkin məlumata görə, dağıntı və tələfat olmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir", - mer qeyd edib.