“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövrü reytinqinə yenidən baxıb. 

Bu barədə Agentliyin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, qaydalara uyğun olaraq belə yoxlamalar ildə bir dəfə, Avropa İttifaqı (Aİ) ilə bağlı sub-təşkilatlarda isə 6 ayda bir dəfə həyata keçirilir.

“Moody’s” bəyan edib ki, bu baxış Azərbaycanın kredit reytinqi və onun proqnozu ilə bağlı indi və yaxın gələcəkdə hər-hansı yeniliyin olması anlamına gəlməməlidir.

Qeyd edək ki, Azərbaycanın kredit profili (emitentin reytinqi Ba2) ölkənin “ba3” reytinqi üzrə iqtisadi gücünü əks etdirir.report