Moldovanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi qondarma “prezident seçkilərini” pisləyən bəyanat verib.

İqtisadiyyat.az xəbər verir ki, Moldova XİN-in bəyanatında deyilir: “Moldova Respublikası bu gün, sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni beynəlxalq hüququn norma və əsas prinsiplərinə zidd hesab edir və onları tanımır.

Moldova Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır”.