Moldova Ukraynaya tibbi avadanlıq, ləvazimat və digər zəruri mallardan ibarət təxminən 260 min dollar dəyərində daha bir humanitar yardım partiyası göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün 5 yük maşınından ibarət humanitar yardım karvanı “Palanka-Mayaki-Udobnoye” məntəqəsindən keçib. Hazırkı partiya ölkənin Ukraynaya göndərdiyi altıncı yardım olacaq.

 

Gözəl Həşimova