Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Ankaranın Aİ-yə tamhüquqlu üzvlüyü üçün əsas detalları müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib.

Görüş Hindistanda G20 zirvəsi zamanı baş tutub. Türkiyə ilə Aİ arasında əlaqələr, o cümlədən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 12:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel arasında görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. 

Məlumata görə, görüş G20 Liderlər Zirvəsi çərçivəsində baş tutub.Təfərrüatlar barədə əlavə məlumat verilməyib.