Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təltif olunanlar arasında Daxili İşlər Nazirliyinin əməkdaşları da var.

İqtisadiyyat.az xəbər verir ki, 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan 8 polis əməkdaşı təltif olunanlar arasındadır.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə bir qrup hərbi qulluqçu təltif edilib.