Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması və nizamlanma prosesinə dəstək verməyə davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq. Görüşün nəticələrinin uğurlu olacağına ümid edirik", - o qeyd edib.