Lionel Messinin 13 yaşında "Barselona" ilə ilk müqaviləsini imzaladığı salfet hərracda 380 min dollardan başlayan qiymətə satılacaq.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, 2000-ci ilin dekabrında imzalanan salfetdə o vaxtkı "Barselona"nın direktorunun və Messinin imzası var.

Məlumata görə, Messi müqavilədən bir ay sonra "Barselona"ya keçib və o, klubda ən çox qol vuran futbolçu olub.

Salfet mart ayında Britaniyanın "Bonhams" hərrac evi vasitəsilə satışa çıxarılacaq.

Qeyd edək ki, Messi 17 il "Barselona"da çıxış edib. O, bu müddət ərzində 778 matçda 672 qol vurub və 35 titul qazanıb.

 

Gözəl Həşimova