Argentina yığmasının kapitanı Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Hollandiya millisi ilə görüşdə ən yaxşı oyunçu seçilib . 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə turnirin saytında məlumat verilib. 

Məlumatda futbolçu dünya çempionatında onuncu qolunu vuraraq Argentina millisinin rekordçusu Qabriel Batistutaya çatıb . Həmçinin 35 yaşlı hücumçu 5-ci ötürməni verərək mundialda ötürmələrin sayına görə rekorda imza atıb.  

Qeyd edək ki, Messi bu göstərici üzrə braziliyalı Peleni geridə qoyub.