“Manchester City”nin yarımmüdafiəçisi Cek Qrealişin İngiltərənin Çeşir əyalətində yerləşən evi qarət olunub.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə futbolçunun “Manchester City”nin heyətində “Everton”a qarşı oynadığı zaman baş verib.

Qeyd edilib ki, onun 1 milyon funt-sterlinq dəyərində zinət əşyaları və saatları oğurlanıb.

Hadisə baş verən zaman futbolçunun ailə üzvləri və nişanlısı oteldə televiziyada onun oyununu izləyib.

Faktla bağlı İngiltərə polisi araşdırmalara başlayıb.

 

Sadiq Cavadov