Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən az olan 2 sığorta şirkətini nəzarətə götürüb.

Bunu AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

“Həmin şirkətlər “Amrah Sığorta” və “Rəvan Sığorta”dır. Onlara kapitalı artırmaq üçün 1 ay vaxt verilib”, - o qeyd edib.