Bakıda tıxac olan yollar açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 5. "20 Yanvar" dairəsində;

 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

 8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 10. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

 11. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.