"Mərkəzi Asiya ölkələri 2028-2029-cu illərdə su qıtlığı ilə üzləşəcək. Eyni zamanda, regionda elektrik enerjisinə tələb əhəmiyyətli dərəcədə artacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov bildirib.

Onun sözlərinə görə, 5 ildən sonra Mərkəzi Asiya ölkələri 5-12 kubmetr su çatışmazlığı ilə üzləşəcək.

Bildirilib ki, yeni su elektrik stansiyalarının tikintisi və mövcud olanların modernləşdirilməsi iqlim dəyişikliyinin təsirlərini yumşaldacaq, iqtisadi və sosial inkişafı təmin edəcək. Bununla əlaqədar olaraq, bank yaxın üç ildə Mərkəzi Asiyanın su-elektrik kompleksinin inkişafına 400 milyon dollardan çox sərmayə qoymağı planlaşdırır.

 

Gözəl Həşimova